Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Fiziki tərbiyə nəzəriyyəsi və metodikası (Magistratura)


Müddəti:                         2 il (4 semestr)

Kredit sayı:                      120 kredit

Təhsil forması:                Əyani

Tədris dili:                        Azərbaycan (qəbul zamanı müsabiqə rus bölməsi ilə birgə keçirilir)

Yerlərin sayı:                   15

Gələcək karyera:             Ali və orta təhsil müəssisələrində fiziki tərbiyə müəllimi, bədən tərbiyəsi və idman sahəsində elmi işçi

Təhsil haqqı:                    2500 manat (Azərbaycan vətəndaşları üçün)

                                          2500 USD (Xarici vətəndaşlar üçün)

“Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası” magistr proqramı müxtəlif təhsil müəssisələrində, o cümlədən ali təhsil sistemində uşaq, yeniyetmə və gənclərin fiziki tərbiyəsi üzrə peşə fəaliyyətini müasir təlim texnologiyaları əsasında qura bilən peşəkar müəllim kadrları hazırlayır. Proqram fiziki tərbiyə sahəsində qabaqcıl tədris metodlarına inteqrasiya olunmaqla tədqiqat bacarıqlarına malik, rəqabətə davamlıq, mütəxəssislərin hazırlanmasına istiqamətləndirmişdir.

Bu proqram məzmunca gələcək mütəxəssisin keyfiyyətli peşə hazırlığını təmin edən tədris metodikasına dair nəzəri biliklərin mənimsənilməsini, müxtəlif kontingentlərlə fiziki tərbiyənin planlaşdırılmasını, fiziki hazırlıq komponentlərinin qiymətləndirilməsini və fiziki tərbiyə vasitələrindən effektli istifadə bacarıqlarının formalaşdırılmasını özündə ehtiva etdiyindən məzunlar həm ölkə daxilində, həm də xaricdə uğurlu peşə fəaliyyəti göstərmək və geniş karyera qurmaq imkanları qazanırlar.

“Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası” magistr hazırlığı çərçivəsində “Hərəki fəaliyyətin fizioloji əsasları”, “Xüsusi qruplarda fiziki tərbiyə”, “Sağlamlaşdırıcı fiziki tərbiyə” kimi fənlər tədris olunur. Bu da fiziki tərbiyə üzrə magistr hazırlığında tibbi-bioloji fənlərə inteqrasiyanı təmin edir. Eyni zamanda magistrlar elmi-tədqiqat və elmi-pedaqoji təcrübələr qazanırlar.

“Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası” magistr proqramı beynəlxalq təcrübə əsasında tərtib olunmuşdur. Proqramı tamamladıqdan sonra məzun bədən tərbiyəsi və idman sahəsi üzrə PhD üzrə təhsilini davam etdirmək imkanına malikdir. 

Bu ixtisaslaşma üzrə təhsil alan tələbələr  ali və orta təhsil müəssisələrində fiziki tərbiyə müəllimi, bədən tərbiyəsi və idman sahəsində elmi işçi kimi fəaliyyət göstərə bilərlər. 

 

Qısa keçidlər

Əmr

Təhsil proqramı

Tədris planı

Əcnəbi müraciətçilər üçün:

Tələblər

Xəbərlər