Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat
Müddəti: 2 il (4 semestr)
Kredit sayı: 120 kredit
Təhsil forması: Əyani
Tədris dili: Rus (qəbul zamanı müsabiqə azərbaycan bölməsi ilə birgə keçirilir)
Yerlərin sayı: 15
Gələcək karyera: Fizioterapist, bədən tərbiyəsi və idman sahəsində elmi işçi
Təhsil haqqı: 2500 manat (Azərbaycan vətəndaşları üçün)
2500 USD (Xarici vətəndaşlar üçün)
“Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” magistr proqramı bədən tərbiyəsi və idmanın tibbi-bioloji təminatı üzrə nəzəri bilik və təcrübi bacarıqları, bu peşə sahəsində fəaliyyətin xüsusiyyətlərini, eyni zamanda müvafiq diaqnostik və tədqiqat metodlarından istifadəni özündə əks etdirir. Proqram həmçinin yüksək dərəcəli idmançıların hazırlanması prosesində funksional və hərəkət-dayaq aparatında zədələnmələrin, fiziki məhdudiyyətlərin reabilitasiya yolu ilə aradan qaldırılmasını və bu zaman müxtəlif hərəkət komplekslərindən təyinatlı istifadəni əhatə edir.
Proqramın icrası müddətində magistrlar peşə istiqaməti üzrə fəaliyyət göstərən tibbi-bioloji bərpa mərkəzlərində və idman müəssisələrində təcrübə keçmək imkanlarına malik olacaqlar.
“Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” magistr ixtisası çərçivəsində “Məşq prosesinin təminatı və dopinq nəzarəti”, “Hərəki fəaliyyətinin fizioloji əsasları”, “İdmanda həkiməqədər ilk tibbi yardım və pasiyentə qulluq”, “Dayaq hərəkət aparatının funksional qiymətləndirilməsi və bərpası” kimi fənlər tədris olunur. Bu da fizoterapistin peşə fəaliyyəti üçün zəruri olan hərəkətlərdən istifadə metodikasına inteqrasiyanı təmin edir. Eyni zamanda magistrlar elmi-tədqiqat və elmi-pedaqoji təcrübələr qazanırlar.
“Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” magistr proqramı beynəlxalq təcrübə əsasında tərtib olunmuşdur. Proqramı tamamladıqdan sonra məzun bədən tərbiyəsi və idman sahəsi üzrə PhD üzrə təhsilini davam etdirmək imkanına malikdir.
Bu ixtisaslaşma üzrə təhsil alan tələbələr fizioterapist, bədən tərbiyəsi və idman sahəsində elmi işçi statusu qazanırlar.
Qısa keçidlər:
Əcnəbi müraciətçilər üçün :