İdman Jurnalistikası
İdman Jurnalistikası proqramı yeni nəsil beynəlxalq idman jurnalistlərinin inkişafını və ruhlandırılmasını hədəfə alıb. Beynəlxalq standartı və ən yaxşı dünya təcrübəsini özündə əks etdirən proqram Azərbaycanda, eləcə də regionda bir ilkdir. Siz ilk gündən etibarən multimedia biliklərini və texnikalarını öyrənəcəksiniz. Proqram müddətində əldə etdiyiniz bacarıqlarla şəxsi idman saytı və sosial media kanallarınızın yaradıcısı və sahibi olacaqsınız.
Proqram müddətində tədris modulları bugünün dəyişən media mənzərəsinə uyğun olaraq onlayn yazışmadan başlayaraq, Radio və TV-də xəbərlər şöbəsinə rəhbərlik, sahibkarlıq bacarıqları kimi təyin edilib. Tələbələr idman marketinqi və idarəetməsi üzrə modullara sahib olacaqlar. Bu bacarıqlara yiyələnməklə Kütləvi İnformasiya Vasitələrində (KİV), idman PR sahəsində və ya azad jurnalist kimi bir çox fəaliyyət sahələrində özlərini reallaşdıracaqlar. Bu proqram sizi həm akademik biliklərinizi həm də professional bacarıqlarınızı inkişaf etdirməyə kömək edəcək. Proqram beynəlxalq idman dili olan İngilis dilində tərtib olunmuşdur.
Biz Böyük Britaniya Birləşmiş Krallığının ən dinamik idman universitetləri ilə birlikdə çalışmaqdan qürur duyuruq (Birləşmiş Krallıqda təhsil imkanlarına hazır ol!). İdmanla nəfəs alan və yaşayan Akademiyamıza qoşulun!
Qısa keçidlər :
Əcnəbi müraciətçilər üçün :
Təhsil haqqı və təqaüd proqramları