Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Beynəlxalq əlaqələr şöbəsi

Azərbaycan İdman Akademiyasının Beynəlxalq əlaqələr şöbəsi qlobal tərəfdaşlıq, əməkdaşlıq və müxtəlif layihələr vasitəsilə Akademiyanın beynəlxalq statusunu yüksəltmək məqsədi daşıyır. Akademiyaya dünyaca məşhur professorları mühazirə və təlim keçməyə dəvət etməklə, beynəlxalq yay və qış məktəbləri, ikili diplom proqramları, təcrübə proqramları, Erasmus+, Mevlana kimi mübadilə proqramları təşkil etməklə həm beynəlxalq, həm də yerli tələbələr üçün yeni imkanlar yaradır. Şöbə tələbələrin irəliləyişinə təkan verməklə yanaşı, Akademiyanın professor-müəllim heyətinin və əməkdaşlarının inkişafı üçün xaricdə mübadilə və təcrübə imkanları yaradır və ya tapır, həmçinin də sessiyalar, treninqlər, konfranslar, onlayn tədbirlər kimi beynəlxalq layihələr təşkil edir.

Şöbə beynəlxalq tələbələr üçün ən mühüm əlaqə vasitəsidir. Belə ki, şöbə Azərbaycandan kənarda olan tələbələrin, qonaqların və valideynlərin sorğularına cavab verir, potensial tələbələrin və mübadilə proqramları tələbələrinin müraciətləri ilə məşğul olur və qiymətləndirir, yeni qəbul olunmuş beynəlxalq tələbələr üçün oriyentasiya günləri və digər tədbirlər təşkil edir, təhsil müddətində beynəlxalq tələbələrə dəstək olur, dünya ölkələri ilə birgə aparılan mübadilə proqramlarını təşkil və idarə edir.

Bundan əlavə, Beynəlxalq əlaqələr şöbəsi beynəlxalq səfərlərdə, beynəlxalq sərgi və yarmarkalarda iştirak edib qlobal əməkdaşlıqları təşviq edərək və həmçinin ən yaxşı təcrübələri tətbiq edərək, Akademiyanın beynəlxalq akademik və peşəkar ictimaiyyətdə nüfuzunu artıraraq, onun təbliğatını aparır.

 

Beynəlxalq əlaqələr şöbəsinin müdiri: Cəmilə İsmayılzadə

Email: jamila.ismayilzada@sport.edu.az

 

Beynəlxalq əlaqələr şöbəsinin əlaqə məlumatları

2-ci mərtəbə 211-ci otaq

Tel: +994 12 564 09 02

Email: international@sport.edu.az

 

Sənədlər: