Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

SABAH qrupları

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əsas missiyası Azərbaycanda sağlam nəsillərin yetişməsinə əhəmiyyətli töhfə vermək və ölkənin əhəmiyyətli təşkilat və idman tədbirlərindəki nəaliyyətlərini inkişaf etdirmək, dəyərləri bütövlük, komanda işi, cəmiyyətlə əməkdaşlıq, məsuliyyət, multikulturalizm və liderlik, məqsədi isə xalqın sağlamlığı və rifahına xidmət etməyə, idmançı kişi və qadınlarımıza uğura gedən yolda yorulmadan dəstək olmağa hazır olan beynəlxalq səviyyəli təhsil təlimçiləri, məşqçilər, idman mencerləri və fiziki tibb və reabilitasiya mütəxəssisləri hazırlamaqdır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təcrübəsi əsasında müvəffəqiyyətlə təhsil alan istedadlı tələbələrdən ibarət xüsusi qrupların təsis edilməsi təhsil keyfiyyətinin yüksəldilməsinə, fərqli təhsil mühitinin yaradılmasına və savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsinə öz töhfəsini vermişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.07.2020-ci il tarixli 03-11-698/15 nömrəli məktubunu və Akademiyanın videokonfrans formatında keçirilən Elmi Şurasının 21 mart 2020-ci il tarixli (protokol № 6) iclasının Akademiyanın kadr hazırlığı sahəsində təcrübəsini və beynəlxalq əlaqələrini, tədris keyfiyyətinin yüksəldilməsi, bacarıqlı və hazırlıqlı tələbələr yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq rəqabətqabiliyyətli kadr hazırlığının təmin edilməsi məqsədilə 2019/2020-ci tədris ilində müvəffəqiyyətlə təhsil alan I tədris ilinin istedadlı tələbələrindən SABAH qrupları layihəsinin modeli əsasında 2020/2021-ci tədris ilində pilot qrupların təsis edilməsi barədə qərar verililmişdir. SABAH qrupları layihəsinin modeli əsasında ADBTİA-SABAH pilot qruplarının yaradılması və tədris prosesinin təşkili haqqında əmrə (№ S-61, 28.09.2020) əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 3 ixtisas üzrə (“İdman menecmenti və kommunikasiya”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya”, “Məşqçilik”) SABAH qrupları fəaliyyət göstərir.
  1. İdman menecmenti və kommunikasiya – S149A1 – Məzun qrup –  19 tələbə
  2. İdman menecmenti və kommunikasiya – S140A1 – 9 tələbə
  3. İdman menecmenti və kommunikasiya – S421A1 –  5 tələbə
  4. İdman menecmenti və kommunikasiya – S422A1 – 7 tələbə
  5. Bədən tərbiyəsi və idmanda reabilitasiya – S130A1 – 20 tələbə
  6. Bədən tərbiyəsi və idmanda reabilitasiya – S411A1–  21 tələbə
  7. Bədən tərbiyəsi və idmanda reabilitasiya – S412A1– 16 tələbə
  8. Məşqçilik – S111A1 – 16 tələbə
  9. Məşqçilik – S212A1– 15 tələbə

 

Ətraflı məlumat üçün - https://sabah.edu.az/