Magistratura şöbəsi
Magistratura şöbəsinin müdiri: Nərqiz Kosayeva
Email: narqis.kosayeva@sport.edu.az
Magistratura şöbəsi təhsilin yüksək səviyyədə təşkilini təmin edən əsas struktur vahidlərindən biridir. Bu şöbə magistr proqramlarının tədris planına uyğun olaraq yerli və əcnəbi mütəxəssisləri tədrisə cəlb etməklə rəqabətədavamlı kadrların hazırlanmasında iştirak edir. Tələbələrin akademik dəstəklənməsi, onların təhsil və tədqiqat fəaliyyətlərində qarşılaşdıqları problemlərin həllinə kömək etmək şöbənin əsas funksiyalarına daxildir. Bununla yanaşı, magistratura şöbəsi elmi tədqiqatların təşviqinə xüsusi diqqət yetirir. Şöbə həm də magistrantların beynəlxalq elmi konfranslarda iştirakını təşviq edir və tədqiqatlarını xarici elmi rəhbərləri və elmi institutlarla əməkdaşlıq şəraitində həyata keçirmələrinə imkan yaradır. Magistratura şöbəsi ali təhsil müəssisəsində tələbələrin akademik və elmi inkişafını dəstəkləyir.