Elmi-tədris laboratoriyası
2017/2018-ci tədris ilindən başlayaraq bakalavriat və magistratura səviyyələrində yeni ixsisasların daxil edilməsi, həmçinin mövcud olan ixtisaslar üzrə tədris proqramlarının təkmilləşdirilməsi, keyfiyyətli kadrların hazırlanması üçün elmi-tədris laboratoriyasının yaradılmasına zərurət yaratmışdır.
Elmi-tədris laboratoriyasında reabilitasiya prosesi yüksək ixtisaslı həkimlər, Akademiyanın 2017-ci ildə əsası qoyulmuş “İdman tibbi və reabilitasiya” ixtisası üzrə ingilisdilli magistratura proqramının məzunları, eləcə də Almaniyada təhsil almış və Avstriyanın ComplexCore kompaniyasının fiziki reabilitasiya üzrə üçsəviyyəli proqramının sertifikatına malik olan peşəkar instruktorlar tərəfindən həyata keçirilir.
Reabilitasiya prosesi hər pasient üçün fərdi olaraq Böyük Biritaniyanın London kollec universitetinin klinik protokollarından və ComplexCore bərpaedici fiziki hərəkətlər kompleksindən istifadə edilməklə Böyük Britaniyanın UCL universitetinin professoru UCL-in idman tibbi universitetinin aparıcı eksperti Mayk Luzmorun rəhbərliyi altında tərtib edilib.
Qeyd edilənlərlə yanaşı Elmi-tədris laboratoriyası müxtəlif federasiyalarla (Cüdo, badminton, boks, veloidman, voleybol, və.s ) sıx əməkdaşlıq qurur. Əməkdaşlıq çərçivəsində milli yığma komanda üzvləri fiziki hazırlıqlarının yoxlanılması, gələcək mühim yarışlarda müvəffəqiyyət qazanılması üçün lazımı istiqamətlərdə düzgün məşqlərin tərtib edilməsi və yoxlanılması üçün funksional testlərdən keçirlər.