Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

I Beynəlxalq elmi-praktiki konfrans

24.06.2022-ci il tarixində Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr olunmuş “İdman elminin müasir aspektləri” mövzusunda I beynəlxalq elmi-praktiki konfrans baş tutmuşdur.
Konfransın əsas məqsədi idmanın inkişafında son elmi nailiyyətlərin birgə müzakirəsi və təcrübə mübadiləsi olmuşdur. Konfransın açılışında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev çıxış etmişdirlər.
Konfransda respublikamızın bədən tərbiyəsi və idman sahəsində görkəmli mütəxəssisləri ilə yanaşı, Böyük Britaniyanın London Kollec Universiteti (UCL), London İmperial Kolleci, Volverhampton Universitetinin, Türkiyənin Eskişehir Texniki Universiteti, Rusiyanın MGİMO, Lomonosov adına Moskva Dövlət Universitetinin məşhur professorları, Avstriyanın ComplexCore təşkilatının aparıcı ekspertləri iştirak etmişdir.
Açılış hissəsindən sonra konfrans idman psixologiyası, idman tibbi, idman menecmenti və idman hüququ üzrə aktual mövzularda məruzələrlə davam edilmişdir.
Konfransa 25.06.2022-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, “Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və “Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili” bölmələrində təqdimatlar və müzakirələrlə yekun vurulmuşdur.
 
Qeyd: Beynəlxalq Olimpiya gününə həsr olunmuş “İDMAN ELMİNİN MÜASİR ASPEKTLƏRİ” mövzusunda I beynəlxalq elmi-praktiki konfransın materiallarına baxış üçün aşağıda qeyd olunan linkə daxil ola bilərsiniz:
I Beynəlxalq Elmi Konfrans 2022