Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Məşqçilik

“Məşqçilik” ixtisası idman sənayesində strateji rol oynayan mütəxəssisləri hazırlayır. Azərbaycanın beynəlxalq idman təşkilatları tərəfindən idman ölkəsi kimi tanındığı bir vaxtda bu sahə üzrə yüksək ixtisaslı kadrlara böyük tələbat var. Bu proqramın məzunları ümumtəhsil məktəblərində, klublarda, idman cəmiyyətlərində, dövlət və qeyri-dövlət idman birliklərində, özəl idman müəssisələrində, idman təmaüllü məktəblərdə, həmçinin uşaq və yeniyetmələrin yığma komandalarında ixtisaslı kadr olaraq bu kimi fəaliyyət sahələrində məşqçilik etmək imkanı qazanırlar. Proqram ən yaxşı beynəlxalq təcrübə əsasında tərtib edilib.

"Məşqçilik" proqramının tələbələri mütəmadi olaraq təcrübə proqramlarına cəlb olunurlar. Təcrübə zamanı tanınmış, yüksək ixtisaslı məşqçilərlə ünsiyyətdə olur, praktiki biliklərə yiyələnirlər.

Həmçinin, nəzəri və praktiki bacarıqlara yiyələnmiş tələbələr əlavə ixtisasartırma proqramlarında və ya “İdman məşqinin nəzəriyyəsi və metodikası” magistr ixtisası üzrə təhsillərini davam etdirmək imkanını qazanırlar.

 

Qısa keçidlər :

Təhsil proqramı

Məşqçilik ixtisası üzrə təhsil proqramının əlavələri

Tədris planı (əyani)

Tədris planı (qiyabi)

 

Əcnəbi müraciətçilər üçün :

Tələblər

Təhsil haqqı və təqaüd proqramları

Akademik terminologiya

Qəbul mərhələləri və son tarixlər

Tədris planı