Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbə klubları

Tələbə Klubları tələbələrin ortaq maraqlar ətrafında könüllü birləşməsidir. 2016-cı ildən başlayaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbə həyatına, tələbələrlə işin qurulmasına və tələbələrin asudə vaxtının səmərəli təşkilinə böyük önəm verildi, bir sıra layihələrə start verildi, eyni marağa və istedada malik olan gənclərin bir araya gəlməsi üçün tələbə klubları yaradıldı.

Akademiyada tələbələrin maraqlarına uyğun 12 klub – idman, danışıq, musiqi, kitab, ŞHK (KVN), rəqs, foto, dizayn, debat, gənclik, intellektual, könüllülər klubları fəaliyyət göstərib.

 

Hal-hazırda Akademiyada 3 klub fəaliyyətini davam etdirir:

 

ADBTİA Dillər Klubu:

Sədr: Gülsənəm Ağayeva

Əlaqə vasitəsi: gulsanam.aghayeva2023@sport.edu.az

Klubun funksiyaları:

  • Akademiya tələbələrinin müxtəlif dillərdə danışıq bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş müntəzəm görüşlər, müzakirələr və linqvistik fəaliyyətləri təşkil etmək;
  • Üzvlərin dil və dünyagörüşlərini genişləndirmək üçün mədəni mübadilə proqramları, dil seminarları və digər təhsil tədbirlərini təşkil etmək;
  • Dil biliklərini inkişaf etdirmək istəyən üzvlər üçün müvafiq resursların və dəstəklərin təmini.

 

ADBTİA İntellektual Oyunlar Klubu:

Sədr: Bahar Hüseynova

Əlaqə vasitəsi: bahar.huseynova2022@sport.edu.az

Klubun funksiyaları:

  • Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunlar, müsabiqələr, olimpiadalar və festivallar hazırlamaq və həyata keçirmək;
  • Akademiya daxilində, eləcə də həm də ölkə daxilində keçirilən intellektual yarışlar haqqında Akademiyanın tələbə heyətini məlumatlandırmaq və onların iştirakını təmin etmək;
  • Akademiya tələbələrinin intellektual inkişafını təmin etmək üçün müxtəlif xidmətlər təklif etmək.

 

ADBTİA Vətənpərvərlik Klubu:

Sədr: Çinarə Musayeva

Əlaqə vasitəsi: jhinara.musayeva2023@sport.edu.az

Klubun funksiyaları:

  • Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, görüşlərin, mədəni-kütləvi və digər tədbirlərin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda maarifləndirici materialların hazırlanması;
  • Azərbaycançılıq məfkurəsinin və onun formalaşmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərinin gənclər arasında geniş təbliğ edilməsi məqsədilə maarifləndirici görüşlərin keçirilməsi;
  • Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi;
  • Tarixi və hərbi əhəmiyyətli məkanlara ekskursiyaların təşkil edilməsi;
  • Vətənpərvərlik mövzusunda filmlərə kollektiv baxış və müzakirəsi.

 

Sənədlər: