Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Təcrübələr

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavriat səviyyəsində olan ixtisaslarda pedaqoji və istehsalat, magistratura səviyyəsində olan ixtisaslarda elmi-pedaqoji və elmi tədqiqat  təcrübələri keçirilir.

Pedaqoji təcrübə Bakı Şəhəri Təhsil İdarəsinin razılığı ilə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində keçirilir. İstehsalat təcrübəsi isə idman növlərinə və ixtisasın xüsusiyyətinə uyğun olaraq, təsisçi olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin razılığı əsasında “Məşqçilik” ixtisası üzrə federasiyalar, idman məktəbləri, idman klublarında, “İdman menecmenti və kommunikasiya” (İMK) ixtisası üzrə federasiyalar, idman təşkilatları, idman ictimai birlikləri, klublar və məhdud məsuliyyətli cəmiyyətlərdə, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” (BTİR) ixtisası üzrə isə Milli İdman Tibb və Reabilitasiya Elmi Praktiki İnstitutu, digər reabilitasiya mərkəzləri və bərpa mərkəzlərində keçirilir.

Bakalavriat səviyyəsində hər bir ixtisas üzrə təcrübəyə 30 kredit, 20 həftə ayrılıb. Tələbələrin pedaqoji təcrübə üzrə saatları məktəbdəki növbənin (səhər və ya axşam) saatlarına uyğun, istehsalat təcrübəsi üzrə isə metodistlərə ayrılan saata uyğun (2 saat) hesablanır (BTİR ixtisası istisna olmaqla – bu ixtisasda 6 saat hesablanır).

Müəllimlər üçün təcrübə saatları pedaqoji təcrübədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarına əsasən, bir tələbəyə düşən dərs yükü (56 saat) ilə hesablanır. Akademiyadan olan pedaqoqa 4 saat, psixoloqa 2 saat, ixtisas metodistinə 31 saat (fiziki tərbiyə 16 saat, çağırışaqədərki hazırlıq 15 saat), məktəbdən olan direktora 1 saat, direktor müavininə 1 saat, fənn müəlliminə 16 saat (fiziki tərbiyə 8 saat, çağırışaqədərki hazırlıq 8), sinif rəhbərinə 1 saat nəzərdə tutulur. İstehsalat təcrübəsində isə hər iki müəssisədən olan ixtisas metodistinə hər iş günündə hər qrup üçün 2 saat hesablanır (Azərbaycan Respublikası Təhsil Nazirlyinin 1994-cü il 24 fevral tarixli 113 saylı əmri).

Təcrübələrin qiymətləndirilməsi hər ixtisas üzrə təcrübə proqramında öz əksini tapır. Təcrübə müddətində tələbələrin təcrübəyə davamiyyəti qeydə alınır. Bununla yanaşı, təcrübə müddətində tələbələr gündəlik gördükləri işləri təcrübə gündəliyində qeyd edirlər. Bundan əlavə, pedaqoji təcrübənin qiymətləndirilməsi icmal dərslərin keçirilməsi, pedaqoji və psixoloji işlər, istehsalat təcrübəsinin qiymətləndirilməsi isə peşə kompetensiyalarına uyğun olaraq verilən tapşırıqlar və yekun hesabat əsasında aparılır.

Təcrübə müddəti ərzində mütəmadi olaraq təcrübə yerlərində monitorinq keçirilir. Təcrübənin sonunda isə təcrübə proqramlarına əsasən qiymətləndirmə aparılır və hesabat təqdim olunur.


Tərəfdaşlar: