Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Pedaqoji və istehsalat təcrübəsi şöbəsi

Pedaqoji və istehsalat təcrübəsi şöbəsinin müdiri: Günay Fərzəliyeva Qulusoy

Email: gunay.farzaliyeva@sport.edu.az

Azərbaycan İdman Akademiyasında bakalavriat səviyyəsində olan ixtisaslarda istehsalat, magistratura səviyyəsində olan ixtisaslarda elmi-pedaqoji və elmi tədqiqat təcrübələri keçirilir.

Təcrübələr “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 489 nömrəli qərarı əsasında təşkil edilir.

Təcrübələr “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası üzrə Bakı Şəhəri Təhsil İdarəsinin razılığı ilə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində, “Məşqçilik” ixtisası üzrə idman növlərinə və ixtisasın xüsusiyyətinə uyğun olaraq, təsisçi olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin razılığı əsasında federasiyalar, idman məktəbləri, idman klublarında, “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə federasiyalar, idman təşkilatları, idman ictimai birlikləri, klublar və məhdud məsuliyyətli cəmiyyətlərdə, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə isə Milli İdman Tibb və Reabilitasiya Elmi Praktiki İnstitutu, digər reabilitasiya mərkəzləri və bərpa mərkəzlərində keçirilir.

Bakalavriat səviyyəsində hər bir ixtisas üzrə təcrübəyə 30 kredit (20 həftə) ayrılıb. Magistratura səviyyəsində isə ixtisaslaşmadan asılı olaraq təcrübəyə ayrılan kredit sayı dəyişir.

Təcrübələrin qiymətləndirilməsi hər ixtisas üzrə təcrübə proqramında öz əksini tapır. Təcrübə müddətində tələbələrin təcrübəyə davamiyyəti qeydə alınır. Bununla yanaşı, təcrübə müddətində tələbələr gündəlik gördükləri işləri təcrübə gündəliyində qeyd edirlər.

Təcrübə müddəti ərzində mütəmadi olaraq təcrübə yerlərində monitorinq keçirilir. Təcrübənin sonunda isə təcrübə proqramlarına əsasən qiymətləndirmə aparılır və hesabat təqdim olunur.

Sənədlər: