ADBTİA Tələbə Gənclər Təşkilatı (TGT) 30 may 2005-ci ildə təsis edilmişdir. ADBTİA Tələbə Gənclər Təşkilatı tələbələrin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq onların hüquq və maraqlarının müdafiəsini, intellektual inkişafını, asudə vaxtının səmərəli keçirilməsinin təşkilini təmin etmək, onların Akademiyanın ictimai həyatında fəallığını artırmaq, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə fəaliyyət göstərir.
ADBTİA TGT Akademiya daxilində və Akademiyadan kənardə tələbə gənclər üçün vətənpərvərlik mövzusunda tədbirlər, film günləri, ədəbi, mədəni, tarixi ekskursiyalar, idman yarışları, intellektual yarışlar, konsert proqramları və s. kimi tədbirlər təşkil edir. ADBTİA TGT respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə Akademiyanın istedadlı və yaradıcı tələbələrinin iştirakını təmin edir. Bu tədbirlərdə tələbələrin könüllü iştirakını təmin etmək üçün keçirilən tədbirin mövzusuna marağı olan tələbələr cəlb edilir. ADBTİA TGT tərəfindən tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, erkən nikah və digər neqativ meyillərə qarşı profilaktik tədbirlər həyata keçirilir.
ADBTİA Tələbə Gənclər Təşkilatının sədri – Tural Əliyev
Email: tural.aliyev22022@sport.edu.az