Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Karyera məsələləri

Haqqımızda məlumat

Azərbaycan İdman Akademiyası Karyera mərkəzi 2018-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi tələbə və məzunlara karyera planlaması və şəxsi inkişaf sahələrində dəstək olmaq, eləcə də iş dünyası ilə effektiv əlaqələr quraraq onların məşğulluq imkanlarını artırmaqdır. Karyera mərkəzi tələbələrə peşəkar təlimlər, fərdi və qrup məsləhətləri, eləcə də iş axtarışı və təcrübə imkanlarının təmin edilməsi istiqamətində xidmətlər göstərir.

Mərkəz həmçinin məzunlarla əlaqələrin möhkəmləndirilməsi, əmək bazarının tələblərinə uyğun olaraq innovativ karyera xidmətlərinin inkişafı, tələbələrin liderlik və sosial bacarıqlarının artırılması məqsədilə müxtəlif layihələr həyata keçirir. Qonaq məruzəçilərlə görüşlər, təcrübə proqramları və adaptasiya prosesinə yönəlmiş tədbirlər Karyera mərkəzinin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Akademiyanın Karyera mərkəzi olaraq biz tələbə və məzunlara öz potensiallarını maksimum şəkildə reallaşdırmaq üçün lazımi alətləri və mənbələri təmin etməklə onların gələcək karyera həyatlarına uğurlu addımlar atmalarına şərait yaradırıq.

Karyera xidmətləri:

  • Karyera məsləhət xidmətləri
  • İş axtarışına dəstək
  • CV və rezümenin hazırlanması
  • Müsahibəyə hazırlıq
  • Peşəkar bacarıqların inkişafı
  • Təcrübə proqramlarının təşkili
  • Qonaq məruzəçi görüşləri və seminarlar
  • Məzunlar şəbəkəsi
  • Tələbə-mentor proqramı

 

Karyera sərgiləri

1-ci karyera sərgisi

25 may 2023-cü il

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında gənclərin məşğulluq imkanlarını artırmaq məqsədilə 25 may 2024-cü il tarixində Karyera Sərgisi təşkil olunub. Bu tədbirin əsas məqsədi tələbə və məzunların müxtəlif müəssisə və təşkilatların nümayəndələri ilə birbaşa ünsiyyət qurmasına şərait yaratmaq və onların işlə təmin olunmasına dəstək verməkdir.

Sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Karyera filialı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Atletika Federasiyası, Azərbaycan Basketbol Federasiyası, Azərbaycan Yelkən Federasiyası, Abilimpiya Federasiyası, “Crocus Fitness Sabah” idman klubu, “Pilates Life” mərkəzi, Azərbaycan Beynəlxalq Bankı, “Bravo” və “Araz” supermarket şəbəkələri, və digər qurumlar iştirak edib. Tədbirdə iştirak edən nümayəndələr təmsil etdikləri müəssisələrdəki vakansiya və təcrübə proqramları barədə ətraflı məlumat verərək, tələbə və məzunlarla birbaşa ünsiyyət qurublar.

Sərgidə 400-dən çox tələbə və məzun iştirak edib və iş imkanları ilə bağlı suallarını cavablandırmaq imkanı əldə ediblər. Tədbir gənclər arasında böyük maraqla qarşılanıb və onların karyera inkişafına mühüm töhfə verib.

 

2-ci karyera sərgisi

16 may 2024-cü il

Mayın 16-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) gənclərin məşğulluğunu artırmaq məqsədilə tələbə və məzunlar üçün karyera sərgisi təşkil olunub. Sərginin keçirilməsində əsas məqsəd tələbə və məzunların müəssisə və təşkilat nümayəndələri ilə birbaşa ünsiyyətinə imkan yaratmaq və onların işlə təmin olunmasına dəstək verməkdir.

500-dən çox tələbə və məzunun iştirakçısı olduğu sərgidə nümayəndələr təmsil etdikləri müəssisələrdəki vakansiya və təcrübə proqramları haqqında tələbə və məzunlara ətraflı məlumat veriblər. İş axtarışında olan gənclər isə şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq təhsil və bacarıqlarına uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.

Qeyd edək ki, karyera sərgisində tələbə və məzunlara ümumilikdə 47 müəssisədən 220 vakansiya, 78 təcrübə proqramı təklif olunub.

Sonda sərgidə iştirak edən tələbələr arasında maraqlı yarış təşkil olunub və hədiyyələr təqdim edilib.

 

 Qısa keçidlər: 

 

Aşağıda verilən linkə klik et və CV nümünəsini yükləyərək, özünə CV yarat!