İxtisasartırma
Akademik heyətin fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə Azərbaycan İdman Akademiyasında ixtisasartırma təhsili təşkil edilir.
Akademiyada təşkil olunan ixtisasartırma təhsilinin əsas məqsədi bədən tərbiyəsi və idman sahəsində kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə və təkmilləşməsinə, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşmasına töhvə verməkdir.
2016-cı ilin iyun ayından akademik heyətin biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi məqsədilə təşkil olunan ixtisasartırma təhsili Akademiyanın struktur bölməsi olan İxtisasartırma proqramı tərəfindən keçirilir.
İxtisasartırma proqramı akademik heyətin maraq və ehtiyaclarının ödənilməsinə xidmət edən qısamüddətli təlimlər və təlim proqramları təşkil edir.