Strateji baxış
Missiyamız, məqsədimiz və dəyərlərimiz
Bizim missiyamız Azərbaycanda sağlam nəsillərin yetişməsinə ciddi töhfə vermək və ölkənin beynəlxalq idman oyunlarında həm iştirakında, həm də təşkilatında əldə etdiyi nailiyyətləri qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir. Bizim məqsədimiz xalqın sağlamlığı və rifahına xidmət etməyə, idmançı kişi və qadınlarımıza uğura gedən yolda yorulmadan dəstək olmağa hazır olan beynəlxalq səviyyəli təhsil təlimçiləri, məşqçilər, idman mencerləri və fiziki tibb və reabilitasiya mütəxəssisləri hazırlamaqdır. Bizim dəyərlərimiz bütövlük, komanda işi, cəmiyyətlə əməkdaşlıq, məsuliyyət, multikulturalizm və liderlikdir.
MİSSİYAMIZ - Azərbaycanda idman və sağlam həyat tərzini təşviq etməklə sağlam cəmiyyətin formalaşmasına töhfə verməkdir.
VİZYONUMUZ - Əmək bazarının tələblərinə cavab verən gənc professor-müəllim-tədqiqatçı heyəti, yenilənmiş təhsil proqramları, dayanıqlı infrastruktur formalaşdırmaqla Mərkəzi Asiya və Qafqazın idman sahəsi üzrə ən yaxşı dövlət universitetləri arasında tanınmaq.
DƏYƏRLƏRİMİZ:
- Komanda ruhu - əməkdaşlar arasında dostluğa və nəzakət prinsiplərinə sadiq iş mühiti yaratmaq.
- Peşəkarlıq - idman sahəsində öz sözünü demiş yerli və xarici mütəxəssislərlə çalışmaq.
- Liderlik - idman sahəsində rəqabətədavamlı mütəxəssislərin yetişməsinə töhfə vermək.
- İnnovativlik - dəyişiklikləri alqışlamaq, yaradıcı və innovativ həll yolları tapmaq.
- Sosiallıq - tələbələrin fərdi inkişafını təmin etmək, onların vətəndaş mövqeyini gücləndirmək, asudə vaxtını səmərəli təşkil etmək.
- Dayanıqlı infrastruktur - tədrisin keyfiyyətli təşkili üçün maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində davamlı yenidənqurma işləri aparmaq.
- Eko-dost - Akademiya olaraq ətraf mühitin qorunmasına daima səy göstərmək.
- Bütünlük - missiya, hədəf və dəyərlərimizə çatmaq üçün birgə addımlamaq.
- Müxtəliflik - maraqlı tərəflərin müxtəlif mədəniyyətlərini, potensial bacarıqlarını və təcrübələrini əlaqələndirməklə onlara yeni imkanlar yaratmaq.
- Qətiyyətlilik - idman mütəxəssisi yetişdirən ali təhsil müəssisəsi olaraq əminliklə və fərqliliklə irəliləmək.