Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

II Beynəlxalq elmi-praktiki konfrans

30.11.2023-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "İdman elmlərinin inkişafında müasir tendensiyalar" mövzusunda II beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransın açılış mərasimində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, parlamentin Gənclər və idman komitəsinin üzvü Ülvi Quliyev çıxış etmişdirlər.
Konfransda respublikamızın bədən tərbiyəsi və idman sahəsindəki mütəxəssisləri ilə yanaşı, Böyük Britaniyanın London Kollec Universitetinin, London İmperial Kollecinin, Keele Universitetinin, Belqrad Universitetinin və digər ali məktəblərin ASAPES-in də tədris prosesinə cəlb edilmiş professor heyəti iştirak etmişdir. Maykl Pol Luzmor, Paulina Mariya Kloskovska, Amanda Ceyn Pinkney, Kolin Raymond Gibson, Denis Remedios, Endryu Len, Con Pol Bakli, Roman Yahoda, Bryus Paton kimi beynəlxalq səviyyədə tanınmış mütəxəssislər öz bilik və təcrübələrini konfrans iştirakçıları ilə bölüşmək üçün ölkəmizə səfər ediblər.
Açılış hissəsindən sonra konfrans idman psixologiyası, tibbi, menecmenti və hüququ kimi istiqamətlər üzrə aktual mövzularda məruzələrlə davam edib. Konfrans 01.12.2023-cü il tarixində idman elminin müxtəlif sahələrini əhatə edən praktiki təqdimatlar və müzakirələrlə ASAPES-də davam etmişdir.

 

Qeyd: Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "İdman elmlərinin inkişafında müasir tendensiyalar" mövzusunda II beynəlxalq elmi konfransın materiallarına baxış üçün aşağıda qeyd olunan linkə daxil ola bilərsiniz:
II Beynəlxalq Elmi Konfrans 2023