Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Fəxri doktorlar

Ölkə və dünya idmanında xüsusi xidmətləri olan görkəmli şəxslərə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru, fəxri professoru adlarının verilməsi də artıq ənənə halını alıb. Akademiya elmi şurasının qərarlarına əsasən, 1994-cü ildə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin doktoru, professor Əhməd Həmdi Turqut, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranc, 1995-ci ildə Beynəlxalq Boks Federasiyasının (AİBA) prezidenti Ənvər Çoudri, Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçev, 2000-ci ildə Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq, 2005-ci ildə Dünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Ço, 2007-ci ildə FİFA prezidenti Yozef Blatter, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, AİBA I vitse-prezidenti Qafur Rəhimov, 2008-ci ildə AİBA prezidenti Çinq Kuo-Vu, 2012-ci ildə Almaniya İdman Universitetinin professoru Manfred Lammer, 2014-cü ildə Litva Olimpiya Akademiyasının prezidenti Arturas Poviliunas, BOK prezidenti Tomas Bax, 2015-ci ildə Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti Ərdoğan Arıpınar, 2016-cı ildə Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven və 2017-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe Akademiyanın fəxri doktoru adına layiq görülüblər. Akademiya elmi şurasının qərarı ilə, 2017-ci ildə iki nəfərə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fəxri professor”u adı verilib. Bunlar, Böyük Britaniyanın UCL Universitetinin professoru, İdman Tibbi üzrə aparıcı mütəxəssisi Dr. Maykl Pol Luzmor və 2017-ci ildə Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmovdur.