Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İxtisasartırma proqramı

İxtisasartırma proqramı struktur bölmə olmaqla Azərbaycan İdman Akademiyasının  nəzdində 2016-ci ilin iyun ayında təsis olunub və fəaliyyət göstərir.

İP-nin məqsədi bədən tərbiyəsi və idman sahəsində kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə və təkmilləşməsinə, daim dəyişən əmək şəraitinə uyğunlaşmasına töhvə verməkdir.

İP bədən tərbiyəsi və idman sahəsində çalışan, o cümlədən həmin sahədə pedaqoji, tibbi yardım və reabilitasiya xidmətlərini həyata keçirən kadrların ixtisasartırma təhsilini həyata keçirir. BTİ sahəsinə aid olmayan müəssisə və təşkilatlar, reabilitasiya xidmətləri göstərən kadrlar da İP-nin apardığı təhsildən faydalana bilər.

İP BTİ sahəsində kadrların fərdi maraq və ehtiyaclarının ödənilməsinə xidmət edən qısamüddətli təlimlər və təlim proqramları həyata keçirir.

 

İxtisasartırma proqramının müdiri: Kərimova Cəmilə

Email: jamila.karimova@sport.edu.az

 

Sənədlər: