Erasmus+
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) beynəlxalq əlaqələrində Erasmus+ mübadilə proqramı çərçivəsində əməkdaşlıq aktuallıq kəsb edir. Belə ki, son illər ADBTİA Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində Avropada fəaliyyət göstərən müxtəlif universitetlər ilə əlaqələr quraraq tərəfdaş universitetlərin sayını artırmışdır.
Erasmus+ mübadilə proqramı Avropa Birliyi tərəfindən formalaşdırılan beynəlxalq təhsil layihəsidir. Erasmus+ əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsinin həyata keçirilməsinə imkan yaradır. Tələbələr Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla ünsiyyət və dil bacarıqlarını inkişaf etdirir, yeni akademik nailiyyətlər qazanırlar. Proqram çərçivəsində bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər. Proqramın davam etmə müddəti professor-müəllim heyəti və tələbələr üçün fərqlidir. Belə ki, proqram çərçivəsində təhsil alan tələbələr üçün mübadilə müddəti 5 aydan (1 semestr) 12 aya (2 semestr) qədər, professor-müəllim heyəti üçün minimum 1 həftə, maksimum 1 ay olar bilər. Erasmus+ mübadilə proqramı tərəfindən tələbələrin səyahət və yaşayış xərcləri qarşılanır. Bu xərcləri əhatə edən təqaüd ölkədən, ölkələrarası məsafədən, təqaüdə müraciət edən tələbələrin sayından asılı olaraq dəyişə bilər. Erasmus+ mübadilə tələbələri təhsil aldıqları müddət ərzində təhsil haqqı, qeydiyyat, imtahan, eləcə də laboratoriyalardan və kitabxanadan istifadə etmək xərclərindən azad olur.
Hazırda ADBTİA bir sıra universitetlərlə mobilliyi artırmaq üçün danışıqlar aparır, müqavilələr imzalanma mərhələsindədir. Aşağıdakı qeyd olunan iki universitetlə Erasmus+ mübadilə proqramı çərçivəsində aktiv müqavilələr vardır:
- Balıkesir Universiteti (Türkiyə)
- Litva İdman Universiteti (Litva)
ELAN - Erasmus+ Akademik mübadilə
Əziz müəllimlər,
Azərbaycan İdman Akademiyası 2024/25-ci tədris ilininyaz semestri üçün Erasmus+ mübadilə proqramıçərçivəsində Litva və Rumıniyaya sənəd qəbulu elan edir.
İxtisaslar:
Litva İdman Universiteti - fizioterapiya, məşqçilik, idmanmenecmenti ixtisasları (1 yer)
Stefan cel Mare Universiteti – bədən tərbiyəsi və idmanixtisası (1 yer)
Kimlər müraciət edə bilər?
- Akademiyanın ştatda olan müəllim heyəti
- B2 səviyyədə ingilis dili biliyi olanlar
Müraciət zamanı lazım olan sənədlər:
- CV
- Niyyət məktubu (tədris edəcəyi mövzu haqqında ətraflıməlumat daxil olmaqla)
Mobillik müddəti:
Mübadilə 5 iş gününü əhatə edir (+2 səyahət günü).
Maliyyələşmə:
Mübadilə proqramına qatılan müəllimin bütün xərcləri Avropa İttifaqının Erasmus+ təqaüdü hesabına ödəniləcəkdir.
Yuxarıda sadalanan meyarlara uyğun namizədlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/TuqEnMdqAckzo3Xr9
İlkin şərtləri ödəyən namizədlər müsahibəyə dəvət olunacaq.
Universitetlər haqqında əlavə məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:
Litva İdman Universiteti https://www.lsu.lt/en/
Stefan cel Mare Universiteti https://usv.ro/en/homepage/
Müraciət üçün son tarix: 22.12.2024
ELAN - Erasmus+ Tələbə mübadiləsi
Əziz tələbələr,
Azərbaycan İdman Akademiyası 2024/25-ci tədris ilinin yaz semestri üçün Erasmus+ mübadilə proqramı çərçivəsində Litva İdman Universiteti və Rumıniyanın Ştefan cel Mare Universitetinə sənəd qəbulu elan edir!
İxtisaslar:
Litva İdman Universiteti - İdman menecmenti (1 yer)
Ştefan çel Mare Universiteti – Bədən tərbiyəsi və idman (2 yer)
Müraciət üçün əsas meyarlar?
- İdman menecmenti və kommunikasiya
- Məşqçilik
- Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimi ixtisasları üzrə təhsil almaq
- ll və ya lll kurs tələbəsi olmaq
- Ən azı 81/100 ÜOMG təqdim etmək
- B2 səviyyədə ingilis dili biliyinə malik olmaq (beynəlxalq dil serfikatı olanlara üstünlük veriləcək)
Müraciət zamanı tələb olunan sənədlər:
- CV
- Motivasiya məktubu
- ÜOMG-ni təsdiq edən transkript (elektron qaydada əldə edilə bilər)
Yuxarıda sadalanan meyarlara uyğun namizədlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
İlkin şərtləri yerinə yetirən namizədlər müsahibəyə dəvət olunacaq.
Müraciət üçün son tarix: 20 oktyabr 2024
Qeyd: Mübadilə proqramına qatılan tələbənin bütün xərcləri Avropa ittifaqının Erasmus+ təqaüdü hesabına ödəniləcəkdir.
Universitetlər haqqında əlavə məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.
Litva İdman Universiteti - https://www.lsu.lt/en/
Ştefan cel Mare Universiteti https://usv.ro/en/homepage/
Əlavə məlumat üçün: international@sport.edu.azelektron ünvanına müraciət edə bilərsiniz.