Multimedia Mərkəzi
Multimedia Mərkəzinin direktoru vəzifəsini icra edən: Azər Nəzərov
Email: azar.nazarov@sport.edu.az
Multimedia Mərkəzi “İdman jurnalistikası” magistr ixtisasında tədrisin praktiki şəkildə aparılması üçün yaradılmış bir məkandır. Mərkəzin sahəsi 130 m2-dir. Media Mərkəzi çevik və çoxfunksionaldır, o eyni anda həm ənənəvi mühazirələrin, həm də təlimlərin keçirilməsi üçün yararlıdır. Mərkəz özündə ən müasir avadanlıqlarla təchiz edilmiş radio otağını və telestudiyaya çevrilə bilən tədris otağını birləşdirir.