Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Xarici vətəndaşlar üçün

Magistr


ADBTİA-da magistr pilləsi üzrə təhsil almaq istəyən əcnəbi vətəndaşlar onlayn müraciət formasını doldurub lazımi sənədlərlə müraciət edə bilərlər. Müraciəti müvəffəqiyyətli olan xarici  vətəndaşlar Akademiyanın fakültə və məsul şəxsləri tərəfindən onlayn müsahibəyə dəvət olunacaqlar.

Dil biliyi tələbləri

Tərtib olunan Proqramın dilindən asılı olaraq, əcnəbi vətəndaşlar Azərbaycan, rus və ya ingilis dil biliklərini nümayiş  etməlidirlər. Bu təsdiq aşağıdakı formalardan biri üzrə ola bilər:

  • Ixtisasın tədris dili üzrə ən azı bir tədris ili (əyani) təhsil aldığını təsdiq edən sənəd;
  • ADBTİA-nn təşkil etdiyi dil imtahanından müvəffəq nəticə;
  • İngilis dil biliyi tələbləri - TOEFL (ən azı 82İBT),  İELTS (akademik minimum 6.5) imtahan nəticələri. İELTS imtahan nəticələri 6.5-dən az, amma 5-dən çox olan, TOEFL ingilis dilinə yiyələnən imtahan nəticəsi 82-dən az, amma 60-dan çox olan tələbələr yay ayları ərzində  ADBTİA-ın təşkil etdiyi  intensiv dil kurslarında müvəffəq nəticələr göstərməlidirlər. Bu dil kursu ödənişlidir.
  • Dil biliyi yetərincə olmayan  əcnəbi tələbələr Akademiyada təhsil almaları üçün 2 semestr dil kurslarına cəlb olunacaqlar. Dil kursları ödənişli proqramdır.

Magistr səviyyəsi üzrə ixtisaslar (Azərbaycan və rus dillərində)

İngilis dilində magistr səviyyəsi üzrə yeni ixtisaslar

Apply now