Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Təcrübəçi tələbələrimiz “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirdə iştirak ediblər

Azərbaycan İdman Akademiyasının “Kütləvi-sağlamlıq idman növləri” kafedrası tərəfindən Azərbaycan Alpinizm Federasiyasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekologiya və yaşıllığın qorunması mövzusunda tədbir keçirilib.

Əsas məqsədi tələbələrə ətraf mühitin qorunmasının əhəmiyyətini aşılamaq olan tədbirdə Akademiyanın “Məşqçilik” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri fəal iştirak ediblər.

Sonda ekologiya və yaşıllığın qorunması üçün həyata keçirilən fəaliyyətlər haqqında geniş fikir mübadiləsi aparılıb. Tələbələr, müəllimlər və digər iştirakçılar ətraf mühitin qorunması üçün hansı addımların atıla biləcəyini müzakirə ediblər.

Xəbərlər