Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Akademiyada “Sağlamlıq naminə mübarizədə bizdən biri ol” devizli marafon keçirilib

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq, Azərbaycan İdman Akademiyasında “Sağlamlıq naminə mübarizədə bizdən biri ol” devizli marafon keçirilib.

Tədrisin təşkili üzrə prorektor Rafail Novruzov və İdman işləri üzrə prorektor Fərid Mansurov çıxış edərək, marafonun COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlərlə əlaqəsindən və davamlı inkişafın əsası kimi sağlam həyat tərzinin təbliğinin əhəmiyyətindən danışıblar. Qlobal çağırışlarla mübarizədə həmrəyliyin və birliyin vacibliyi vurğulanıb.

Marafonda Akademiyanın əməkdar müəllimi Nemət Heydərov, baş müəllimlər Aida İsayeva və Qılınc Əhmədov hakimlik ediblər. Oğlanlar arasında yarışda Akademiyanın tələbələri Vahid Kərimov 1-ci yeri, Qrupskiy Valeriy 2-ci yeri, Məmmədov Səid 3-cü yeri, qızlar arasında Zəhra Əsgərova 1-ci yeri, Rəna Nurməmmədli 2-ci yeri və Aynur Abbasova 3-cü yeri tutublar.

Xəbərlər