Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Qazaxda icra başçısı ASAPES Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Qazaxda icra başçısı ASAPES Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ASAPES Yay Məktəbinin iştirakçıları ilə görüşüb.

Gənclərlə keçirilən görüşdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək gəncləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb.

Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədrisin təşkili üzrə prorektoru Rafail Novruzov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə çıxış ediblər.

İcra başçısı iştirakçılara rayonun tarixi, keçmişi, bu günü, tarixi şəxsiyyətləri, sosial-iqtisadi göstəriciləri, kənd təsərrüfatı, istehsal və sənaye müəssisələri haqqında dolğun və əhatəli məlumat verib. Elm, təhsil, mədəniyyət, idman sahəsində əldə edilən nailiyyətlərdən, qazanılan uğurlardan söz açıb. Səmimi söhbət əsasında keçən görüşdə gənclərin fikirləri, təklifləri, ürək sözləri dinlənilib. Sonda gənclərlə xatirə şəkilləri çəkdirilib.

#ASAPES #İdmanAkademiyası #ASAPESyayməktəbi

Xəbərlər