Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş intellektual yarışı keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Tələbə və könüllülərlə iş şöbəsi və Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunan yarışa 12 komanda qatılıb. İştirakçılar iki raund ərzində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti və idmana aid müxtəlif mövzularda suallara cavab tapmağa çalışıblar. Nəticədə “Qələbə” komandası 1-ci yer, “BrainSport” komandası 2-ci yer və “Airswimmers” komandası 3-cü yeri qazanıb.

Qeyd edək ki, yarış tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların bilik, erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından da böyük əhəmiyyətə malikdir.

Xəbərlər