Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbələrimiz COP29-la bağlı tədbirdə iştirak edib

11 may 2024-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan tələbələri Vüsalə Kazımova və Aysel Hüseynova ADA Universitetində COP29-a hazırlıqla bağlı Millətlər Birliyinin baş katibi Baronessa Patrisiya Janet Skotlandın iştirakı ilə keçirilən tədbirə qatılıblar.

Tədbirdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası olan COP29-un Azərbaycanda keçirilməsindən, gənc nəslin ekoloji problemlərlə necə mübarizə aparması məsələlərindən danışılıb.

Baronessa Patrisiya Janet Skotland çıxışında Azərbaycanda keçiriləcək COP29-un önəmindən bəhs edib. O, həmçinin süni intellektdən istifadənin əhəmiyyətinə toxunub. Qeyd edib ki, gənclər ondan istifadə edərək dünyanı yaşamaq üçün daha yaxşı yer edə bilərlər.

Tahir Gözəl adına İnkişaf təşəbbüsünün prezidenti Tahir Gözəl də öz çıxışında iqlim dəyişikliyindən əziyyət çəkən ölkələr haqqında danışıb və dünyanın ekoloji problemlərinə toxunub.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld və Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov iştirak ediblər.

Xəbərlər