Azərbaycan universitetlərinin tələbələri Qazağın tarixi yerlərində ekskursiyada
“Sağlam həyat vərdişləri” mövzusunda ASAPES Yay Məktəbinin iştirakçılarının Qazax rayonunun gəzməli, görməli yerlərinə ekskursiyası təşkil olunub.
Ekskursiyaya ilk olaraq “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialından start verilib. Daha sonra gənclər “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında olublar. Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq gənclərdə zəngin təəssüratlar yaradıb.
İştirakçılar Fəxri Qazaxlılar parkında, Heydər Əliyev mərkəzində və Tarix-diyarşünaslıq muzeyinə də baş çəkiblər. Ekskursiyaların təşkilində birbaşa dəstəyinə görə Qazax Rayon İcra Hakimiyyətinə dərindən təşəkkür edirik.