Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də Monitorinq Komissiyasının üzvlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib

Fevralın 23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəzdnində tədris fəaliyyətinin qiymətləndirilməsi üçün vaxtaşırı monitorinqin aparılması məqsədilə yaradılmış Monitorinq Komissiyasının üzvlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Görüşdə Tədrisin təşkili üzrə prorektor və Monitorinq Komissiyasının sədri Rafail Novruzov məlumat verərək, tədris prosesində davamlı monitorinq aparılmasının vacibliyini vurğulayıb. Monitorinq və qiymətləndirmə bölməsinin müdiri, Komissiyanın katibi Zərifə Bayramova isə bu semestrdən tətbiqi planlaşdırılan Komissiyanın əsasnaməsinə əlavə edilmiş qiymətləndirmə meyarları əsasında təlimatı görüş iştirakçılarının diqqətinə çatdıraraq, məsələ ilə bağlı onları maraqlandıran sualları cavablandırıb.

Xəbərlər