Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan İdman Akademiyasında COP29-la bağlı görüş keçirilib

Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsi tərəfindən 17 may 2024-cü il tarixində “Ətraf mühitin qorunması və iqlim dəyişikliyi” mövzusunda maarifləndirici görüş keçirilib. 

Görüş COP29 çərçivəsində, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının icrası ilə bağlı Azərbaycan İdman Akademiyasının Tədbirlər Planına əsasən baş tutub. 

Tələbə və könüllülərlə iş şöbəsinin müdiri Nəzrin Ömərzadə tədbir iştirakçılarına bildirib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən edilib.

Görüşdə həmçinin işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) ölkəmizdə keçirilməsi və onların əhəmiyyəti barədə müzakirələr aparılıb.

Daha sonra “Dünyada baş verən qlobal iqlim dəyişikliyinin fəsadları” mövzusunda sənədli filmə baxılıb.

Xəbərlər