Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES və Bolqarıstanın Milli İdman Akademiyasının nümayəndələri arasında görüş keçirilib

16 aprel tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Bolqarıstanın “Vasil Levski” adına Milli İdman Akademiyasının (MİA) nümayəndələri arasında görüş baş tutub. Görüşdə ASAPES-in Tədris işləri üzrə prorektoru Rafail Novruzov, Gimnastikanın nəzəriyyəsi və metodikası kafedrasının müdiri Giurka Gantçeva, Pedaqoji və istehsalat təcrübəsi şöbəsinin müdiri Günay Fərzəliyeva-Qulusoy və MİA-nın Tədris işləri üzrə prorektoru Hristo Andonov iştirak edib.

Görüş zamanı Akademiyanın bakalavr təhsil səviyyəsinin Məşqçilik ixtisası üzrə sonuncu tədris ili tələbələrinin istehsalat təcrübəsinin MİA-da keçirilməsi şərtləri (qonaqlama, tədris, təlim və s.) müzakirə olunub.

Görüş Microsoft Teams platforması üzərindən onlayn şəkildə təşkil olunub.

Xəbərlər