Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də “Yaşıl dünya və sağlam gələcək” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tədbirlər planına uyğun olaraq, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfiri Hacı Mayılzadənin təqdimatında “Yaşıl dünya və sağlam gələcək” mövzusunda təlim baş tutub.

Tələbə və könüllülərlə iş şöbəsi və Tələbə Gənclər Təşkilatının birgə dəstəyi ilə ərsəyə gələn tədbirdə tələbələrə BMT-nin dayanıqlı inkişaf məqsədləri, sağlam həyat tərzi və ətraf mühitdən düzgün istifadə, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən tədbirlər və bu tədbirlərdə iştirak imkanları haqqında geniş məlumatlar verilib.

Eyni zamanda tələbələrimiz səfirə ekologiya və gənclər siyasəti mövzusunda öz suallarını ünvanlayıb və təkliflərini bildiriblər.

Xəbərlər