Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in əməkdaşları Erasmus+ mübadilə proqramında iştirak edib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə (ASAPES) Litva İdman Universiteti (LİU) arasında imzalanmış müqaviləyə əsasən, Akademiyanın İdman menecmenti və kommunikasiya kafedrasının müəllimi Aytac Təhməzova və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Nərgiz Vəliyeva “Erasmus təcrübəsinin 25 ili: Sabah bu gündən başlayır” adlı 7-ci beynəlxalq həftədə iştirak ediblər.   

LİU tərəfindən təşkil olunan proqrama əsasən, ASAPES nümayəndələri müxtəlif ölkələrdən gəlmiş 20-yə yaxın əcnəbi professor-müəllim heyəti ilə yaxından tanış olub, tədris prosesində iştirak ediblər. Onlar həmçinin universitetin infrastukturu və tədqiqat mərkəzləri haqqında ətraflı məlumatlandırılıblar. Beynəlxalq həftə çərçivəsində ASAPES haqqında tələbə və müəllim heyəti qarşısında video-təqdimatla çıxış edən təmsilçilərimizə sonda sertifikatlar təqdim olunub. 

Qeyd edək ki, Litva İdman Universiteti ilə ASAPES arasındakı Erasmus+ müqaviləsinə görə, may ayının sonunda LİU-nun akademik heyəti ASAPES-ə səfər edəcək.

Xəbərlər