ASAPES-in futzal komandası birinci oldu
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futzal komandası Azərbaycan Tələbə Liqasının 2023/24 sezonunun qalibi olub. Play-off mərhələsinin finalında komandamız Azərbaycan Memarlıq və İnşaat Universitetini Eldar Zeynalovun vurduğu qollar sayəsində 2-1 hesabı ilə məğlub edərək ardıcıl 3-cü, ümumilikdə isə 10-cu çempionluğunu qazanıb.
Qeyd edək ki, komandamızın oyunçusu Eldar Zeynalov liqanın ən yaxşı oyunçusu seçilib.