Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də yeni qəbul olan tələbələr üçün adaptasiya proqramı təşkil edilib

ASAPES-də 2023-2030-cu illər üçün təsdiq edilmiş strateji inkişaf planında təqdim olunan “Tələbələrin rifahına və tədrisin keyfiyyətinə təsir edən əlavə xidmətlərin genişləndirilməsi” məqsədilə yeni qəbul olan tələbələr üçün adaptasiya proqramının təşkili keçirilib.

Proqram çərçivəsində Tələbə və könüllülərlə iş şöbəsi və Karyera mərkəzinin təşkilatçılığı ilə Akademiyada 2023/24-cü tədris ilindən etibarən kadr hazırlığına başlanılmış “Kütləvi-sağlamlaşdırıcı idman”, “Ümumi fiziki hazırlıq” və “Adaptiv bədən tərbiyəsi” ixtisaslarında təhsil alan I kurslarla ümumi və qrup görüşləri keçirilib.

Görüşlərdə Akademiyanın rəhbərliyi, Tələbə və könüllülərlə iş şöbəsi, Karyera mərkəzi, dekanlıqlar, kafedralar və digər əlaqəli struktur bölmələri tərəfindən tələbələr üçün təklif olunan xidmətlər və tələbələrin təhsil aldıqları ixtisaslar, gələcəkdə əldə edəcəkləri ümumi və peşə kompetensiyaları haqqında məlumat verilib. Həmçinin təhsil alanların təlim-tədris prosesində qarşılaşdıqları problemlər, şikayət və təklifləri dinlənilib.

Xəbərlər