Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in prorektoru Ülkər Babayeva Böyük Britaniyaya işgüzar səfər edib

ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva Böyük Britaniyaya işgüzar səfər edib. Prorektor səfər çərçivəsində Koventri, Kembric və ASAPES universitetlərinin nümayəndələri ilə görüşüb.

Koventri Universitetinə ziyarət zamanı Ülkər Babayeva universitetin İdman və tədbir menecmenti üzrə kurikulum rəhbəri və dosenti Benua Seno və həmkarları ilə görüşərək, bir sıra məsələləri müzakirə edib. Prorektor həmçinin ikili diplom təhsil proqramı çərçivəsində təhsilini Koventri Universitetində davam edən azərbaycanlı tələbələrlə də görüş keçirib.

Növbəti görüş Kembric Universitetində baş tutub. Universitetin müvafiq heyəti ilə ASAPES arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ülkər Babayeva səfər çərçivəsində son olaraq UCL Universitetini ziyarət edib, universitetin ASAPES-də tədris prosesinə cəlb olunan professor-müəllim heyəti və azərbaycanlı tələbələrlə görüşüb. 

Xəbərlər