Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də “Üçsəviyyəli ComplexCore+” təlimi keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan tələbələri, eləcə də bədən tərbiyəsi və idman, fizioterapiya və reabilitasiya sahələrində çalışan şəxslər üçün “Üçsəviyyəli ComplexCore+” təlimi təşkil olunub. Təlim Avstriyanın “ComplexCore+” təşkilatının icraçı direktoru və Akademiyanın “Bədən tərbiyəsi və idmanda reabilitasiya” proqramı üzrə məsul şəxsi Roman Yahoda tərəfindən aparılıb.

Təlim zamanı iştirakçılar “ComplexCore+” konsepsiyası ilə tanış olub, funksional anatomiya və əzələ sistemləri üzrə təməl biliklər, reabilitasiya, zədələnmənin profilaktikası, idman göstəricilərinin yaxşılaşdırılması, qamətin, yuxarı və aşağı ətrafların mobilizasiyası, çevikliyi və stabilliyi üçün metodik addımlara uyğun olaraq fiziki hərəkətlər üzrə praktiki biliklər əldə ediblər.

Xəbərlər