Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA yeni üç magistr ixtisaslarına qəbul elan edib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) üç yeni magist ixtisasları-İdman Tibbi və Reabilitasiya, İdman Menecmentiİdman Jurnalistikası üzrə qəbul elan edir. ADBTİA-nın tədrisi  ingilis dilində olan bu ixtisaslarına qəbul olmaq istəyən bakalavrlar Dövlət İmtahan Mərkəzinin magistr imtahanın yalnız birinci mərhələsini keçməli və Mərkəz tərəfindən birinci mərhələ üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəməlidirlər. Nəzərinizə çatdırırıq ki, bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Bununla yanaşı, bu ixtisasları seçən bakalavrlar  TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) test nəticələrini  təqdim etməlidirlər.*

Xatırlatmaq istəyirik ki, İdman Tibbi və Reabilitasiya, İdman Menecmentiİdman Jurnalistikası üzrə magistr ixtisaslarına ərizələrin qəbulu internet vasitəsi ilə Dövlət İmtahan Mərkəzinin internet səhifəsində (http://www.tqdk.gov.az) 2017-ci il martın 10-dan 17-dək aparılır.

*IELTS 6.5 ( IBT 83)-dən aşağı və 5.0 (IBT 47)-dən yuxarı bal toplayan bakalavrlar da ərizə verə bilərlər, bu şərtlə ki, ADBTİ-nın təşkil etdiyi yay İngilis dili proqramında uğurla iştirak edib tələb olunan balı toplaya bilsinlər.

Xəbərlər