ADBTİA-nın Dünya və Avropa ali təhsil məkanına inteqrasiyası rəqabət sahələrindən birinə çevrilir
Azərbaycanda təhsilin dünya təhsil sisteminə və ali təhsil üəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesi sürətlə inkişaf edir.
Azərbaycan təhsili güclü maddi-texniki bazaya, kadr potensialına malikdir. Bu sahələrdə əldə olunmuş nailiyyətlər dünyanın sivil ölkələri ilə müqayisə olunmağa layiqdir. Artıq ölkəmiz Avropa təhsilinə daha sürətlə inteqrasiya olunur. Bu gün Azərbaycan təhsili, mədəniyyəti dünya sivilizasiyasına tam cavab verən səviyyədədir.
Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev dediyi kimi: “Azərbaycan xalqı irəlidə gedən xalqların arxasınca gedərək bəşəriyyətin əldə etdiyi elmi, texniki nailiyyətlərdən istifadə etməyə çalışıbdır. Bunun üçün də birinci növbədə öz milli təhsilini yaradıb. Bu, XX əsrdə bizim əldə etdiyimiz ən böyük nailiyyətdir. Çünki əgər xalqımız təhsillənməsəydi, savadlanmasaydı, nəhayət, Azərbaycanın özünün milli ali təhsil müəssisələri, institutları, universitetləri yaranmasaydı, indi biz müstəqil olaraq bu cür böyük imkanlara malik ola bilməzdik”.
Ulu Öndərin siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan son 20 il ərzində Heydər Əliyev siyasətini uğurla davam etdirən, güclü dövlət başçısının – möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Şanlı Zəfər tarixini yaşayır. Ulu Öndərin 2003-cü ildə növbəti prezident seçkiləri ərəfəsində xalqa müraciətində özünəməxsus daxili inamla səsləndirdiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri artıq günümüzün reallıqları ilə səsləşir. 2003-cü il oktyabrın 3-də siyasi hakimiyyətə gələn İlham Əliyev tərəfindən son illər ərzində ölkəmizdə uğurla həyata keçirilən təhsil islahatları və onun nəticələrini hər bir vətəndaşımız öz həyatında hiss edir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi təhsil siyasəti Azərbaycanın perspektiv inkişafı üçün sağlam təməl formalaşdırıb.
Məlumdur ki, müasir dünyada elm, texnologiya və innovasiyalar cəmiyyətin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib. Bu mənada Heydər Əliyev Fondunun və Fondun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə dünyada trendə çevrilmiş STEAM yanaşmasının məktəblərimizdə tətbiqinə başlanması son illərin ən uğurlu yeniliklərindən biridir.
Ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.
Məlumdur ki, ali təhsil müəssisələrində təhsilin keyfiyyəti və rəqabətqabiliyyətli kadr hazırlığı bir sıra amillərdən asılıdır. Həmin amillər içərisində müasir tələblərə cavab verən maddi-texniki baza və infrastruktur, o cümlədən kitabxanalar və laboratoriyalar, cəmiyyətin inkişaf tələblərinə uyğun məzmun, həmin məzmunu özündə əks etdirən dərslik və dərs vəsaitləri, çevik idarəetmə və ən başlıcısı isə yüksək peşəkarlığa malik professor-müəllim heyəti daha əhəmiyyətli yer tutur.
Öz ənənələri və uğurları ilə şöhrət qazanaraq yarandığı vaxtdan xalqımızın xidmətində sədaqətlə dayanan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlamaqda yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 94 illik tarixi var.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2016-cı ilin mart-avqust aylarında Akademiyanın Strateji Planlaşdırma üzrə İşçi Qrupunun üzvləri Belarus Dövlət Bədən Tərbiyəsi Universiteti, Acıbadəm Universiteti, Hacəttəpə Universiteti (42,438 tələbə), Mərmərə Universiteti (51 000 tələbə), İstanbul Universiteti (178,901 tələbə), Ankara Universiteti (66,555 tələbə), Sofiyada “Vassil Levski” Milli İdman Akademiyası, Köln Alman İdman Universiteti (6 000 tələbə), Şeffield Hallam Universiteti (31,500 tələbə) və Lubliana Universitetinə (42,922 tələbə) səfər etmişlər. Səfər zamanı idman tibbi, idman menecmenti və idman jurnalistikası da daxil olmaqla bədən tərbiyəsi və idman sahəsində mütəxəssislərin hazırlanması üzrə təhsil modelini öyrənmək üçün müxtəlif görüşlər keçirilmişdir. Tədris və elmi-tədqiqat laboratoriyaların işinin təşkil edilməsinə və onların müasir təhsil prosesində rolunun öyrənilməsinə xüsusi diqqət yetirilmişdir.
Təhsildə keyfiyyətin artırılması, yeni proqramların yaradılması və tələbə yönümlü təhsil sisteminə keçid edilməsi üçün kineziologiya, kinezioterapiya, idman farmakologiyası, dietologiya, idman psixologiyası, fiziki reabilitasiya, idman menecmenti, idman jurnalistikası və s. kimi yeni fənlərin tədris proqramına daxil edilməsi zəruridir. Bununla yanaşı müvafiq sahələr üzrə müəllimlərin çatışmazlığı problemi xüsusi aktuallıq kəsb edir. Bu məsələ islahatların ayrıca bir hissəsini təşkil edir və bununla bağlı olaraq Strateji Planlaşdırma üzrə İşçi Qrupu yüksək ixtisaslı xarici mütəxəssislərin həm tələbələrin tədrisi, həm də yerli kadrların intensiv hazırlığı prosesinə cəlb edilməsi üçün aparıcı xarici universitetlərlə danışıqlar aparır/
2017-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) üç yeni magistr ixtisasları – İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası yaradılmışdır. ADBTİA-nın tədrisi ingilis dilində olan bu ixtisaslarına qəbul olmaq istəyən bakalavrlar Dövlət İmtahan Mərkəzinin magistr imtahanın yalnız birinci mərhələsini keçmiş və Mərkəz tərəfindən birinci mərhələ üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəmişdirlər. Bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəyyən etdiyi qəbul prosedurlarından keçmişdilər. Bununla yanaşı, bu ixtisasları seçən bakalavrlar TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) test nəticələrini təqdim etmişdilər. Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yüksək ixtisaslı mütəxəssisləri hazırlamaq üçün müasir ali təhsil ocağıdır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman menecmenti” və “İdman jurnalistikası” ixtisasları üzrə magistr tələbələrin Birləşmiş Krallığın təhsil-təcrübəsi ilə yaxından əməkdaşlıq edirlər. Əməkdaşlıq nəticəsində tələbələr, İngiltərənin London, Şeffild, Lids, Mançester, Lafboro, Rugby, York şəhərlərində yerləşən müxtəlif idman ali təhsil müəsissələrində və idman obyektlərində olmuş, habelə həkim-magistrantlar üçün UCL hospitalları, UCL İdman Tibbi İnstitutu, İngilis İdman İnstitutu, “Çelsi” Futbol Klubunun Tibbi klinikası, özəl reabilitasiya klinikalarında təhsil-təcrübə seminarları keçirilmişdir. Bundan əlavə, magistrlar ELEVATE “The Arena of Physical Activity”, “Health and Performance” Beynəlxalq İdman tibbi və reabikitasiya konfransında fəal iştirak etmişdilər. 14 günlük proqram ərzində tələbələrə 2 universitetdə 4 modul üzrə mühazirələr keçirilmiş, 9 idman məkanına səfər olunmuş, 3 şəhərə mədəni səfər təşkil olunmuşdur.
Bolqarıstanın “Vassil Levski” Milli İdman Akademiyası, Belarus Dövlət Bədən Tərbiyəsi Universiteti, eyni zamanda Belarusiyanın Milli Elmlər Akademiyasının Fiziologiya və Genetika İnstitutları, Gürcüstanın Dövlət Bədən Tərbiyəsi və İdman Pedaqoji Universiteti, Türkiyənin Afron Kocatepe Universiteti, Kastamonu Universiteti və Macarıstanın Fiziki Tərbiyə Universiteti ilə memorandumlar imzalanmışdır. İmzalanmış memorandumlar çərçivəsində akademik və tələbə heyətin mübadiləsi, birgə elmi tədqiqatların aparılması və təlim, seminar, konfransların keçirilməsi nəzərdə tutulmuşdur.
ADBTİA-sı Beynəlxalq əməkdaşlarımızla əlaqələr qurur, koordinasiya və digər mümkün məsələləri icra edir. Bununla yanaşı, biz tələbələrin mübadilə proqramlarında iştirakı, təqaüdlərin ayrılması və Akademiyanı beynəlxalq forumlarda təmsil olunması ilə bağlı məsələləri də öz üzərinə götürürüb.
Qarşıya qoyulan məqsədlərdən biri də Akademiyanın Tədris planının beynəlxalq səviyyədə əlaqələndirmə işlərinin aparmaq, ADBTİA-nın xaricdə, beynəlxalq təhsil proqramlarında iştirak edən tələbələrinin sayının artırmaq, Beynəlxalq tələbələrin ADBTİA-da təlim tədris prosesinə cəlb olunması, bu tələbələrin sayının artırmaq, Azərbaycanda ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması ilə əlaqədar olaraq bu istiqamətdə yeni beynalxalq əməkdaşlıqların qurmaq, müəllim və işçi heyətə beynəlxalq əməkdaşlıqların qurulmasında lazımi dəstəy göstərmək, Beynəlxalq tələbələrə və dəvət olunmuş professor heyətinə dəstək olmaq və b.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Amerika Birləşmiş Ştatları, İsrail və Yaponiya səfirlikləri ilə də yaxından əməkdaşlıq edir.
Təgcə yola saldığımız 2023-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 20-yə yaxın beynəlxalq universitetlərlə yaxından əməkdaşlıq edir və memorandumu imzalanıb. (Onlardan, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti), Qallen Universiteti, Fransanın Amos Biznes məktəbi, İngiltərənin Salford Universitetinin (University of Salford) və Şərqi London Universitetinin (University of East London), Bolqarıstanın gənclər və idman naziri, Rusiyanın Sankt-Peterburq şəhərində Milli Tədqiqat Universiteti (İTMO), Rusiya Təhsil və Elm Nazirliyi, Rusiya İdman Nazirliyi və Rusiya Tələbə İdman İttifaqı, Uelsin(Wales) paytaxtı Kardif (Cardiff), Böyük Britaniyanın İdman və Məşq Elmləri Assosiasiyası, Böyük Britaniyanın Liverpul Con Mur Universiteti, Londonda yerləşən “Queen Elizabeth Olympic” Parkına və tarixi Oksford şəhəri, Böyük Britaniyanın UCL Universiteti, Koventri Universiteti, Karlov Universiteti, Moskva Dövlət Pedaqoji Universiteti və b.).
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası fəaliyyətə başladığı vaxtdan etibarən ölkəmizin idman həyatına layiqli töhfələr vermişdir. Akademiyanın yetirmələri Yay Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında böyük nailiyyətlər qazanaraq ölkəmizi layiqincə təmsil etmişlər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında informasiya-kommunikasiya texnologiyaları mərkəzi, tədris, elmi-tədqiqat, təcrübə-sınaq laboratoriyaları, resurs, treninq mərkəzləri yaradılmış və onların müvafiq tədris-metodiki və elmi avadanlıqlarla təchizatı təmin olunmuş, elektron kitabxana və müasir mətbəə kompleksləri yaradılmışdır.
Təbii ki, hər hansı bir sahədə uğur və nailiyyətlərin əldə olunması üçün həmin sahə üzrə peşəkar kadrların da olması zəruri şərtlərdən biridir. O cümlədən, bu gün ölkəmizdə idman sahəsində yüksək ixtisaslı kadrların hazırlanması işində də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dövlətinin və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ADBTİA-da idman təhsilinin tamamilə yeni və əlbəttə ki, keyfiyyətcə daha yüksək səviyyəyə çıxması üçün hər bir şərait yaradılıb. Xüsusilə, Akademiyanın binasında bir müddət əvvəl başa çatdırılmış əsaslı təmir və yenidənqurma işlərini təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan daha bir əhəmiyyətli addım kimi qiymətləndirmək olar. Təsadüfi deyildir ki, əsaslı təmirdən sonra ADBTİA-nın basketbol, voleybol, həndbol, ağırlıq qaldırma və boks idman zallarına keçirilən baxışda iştirak edən xarici ekspertlər və idman ictimaiyyətinin nümayəndələri də burada yaradılan şəraiti çox yüksək qiymətləndiriblər. Akademiyanın gimnastika zalı isə birbaşa ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə tamamilə yeni və ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Birmənalı olaraq demək lazımdır ki, bu görülən işlər ADBTİA-da yenidənqurma və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən müvafiq tədbirlərin davamıdır.
Rektor Fuad Hacıyev deyir: Etiraf olunmalıdır ki, 2016-cı ildən başlayaraq ADBTİA-da idman təhsilini dünya standartlarına uyğunlaşdırmaq, təhsilin keyfiyyətini artırmaq və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinə malik mütəxəssislər hazırlamaq kimi hədəflərə nail olmaq məqsədilə ardıcıl islahatlar daha böyük intensivliklə aparılır, tam yeni infrastruktur yaradılır, təhsil imkanları genişləndirilir, beynəlxalq təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur. Gənc nəslin idman sahəsində hərtərəfli biliklərə yiyələnməsi məqsədi ilə ADBTİA-da hər cür şərait yaradılır. Bu gün artıq ADBTİA-da tədrisi ingilis dilində aparılan idman jurnalistikası və idman tibbi və reabilitasiya magistr ixtisaslarının tədrisi üçün Multimedia Mərkəzi və Elmi-Tədris Laboratoriyası da tikilərək tələbələrin istifadəsinə verilmişdir.Həmçinin diqqətəlayiq haldır ki, bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti aparıcı yerli və beynəlxalq ekspertlər, dövlət, biznes və beynəlxalq idman təşkilatlarının nümayəndələridir. Akademiyanın rektoru Fuad Hacıyev isə gənclərlə iş sahəsində, eləcə də bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olmuş idman xadimi, öz sahəsini dərindən bilən və sevən bir peşəkardır. Məhz bu amillər, eləcə də ADBTİA-da aparılan effektiv işlər və həyata keçirilən innovativ tədbirlər zəmin yaradır ki, ən yaxın gələcəkdə Akademiyanın məzunları dünya idman bazarında rəqabətə dözümlü mütəxəssislərkimi ölkəmizi təmsil edə bilsinlər.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin rəhbərliyi dövründə ölkəmizin sadəcə idman sahəsində deyil, eləcə də idman təhsili sahəsində dünyada aparıcı mövqeylərə çıxması üçün real zəmin yaradılmışdır.
Akademiyanın rektoru Fuad Hacıyev beynəlxalq reytinqlərdə dünya universitetləri ilə bır sırada dayanmasından qürur duyduğunu ifadə edərək Avropa ali təhsil ocağlarının təcrübəsinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına böyük töhfələr qazandıracağından əminliyini bildirir.
94 yaşlı ADBTİA zəngin ənənələrini inkişaf etdirərək, beynəlxalq təcrübədən, dünya elminin nailiyyətlərindən faydalanaraq, Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə elmi əsaslara, milli və mədəni dəyərlərə söykənən və müasir dövrün tələblərinə cavab verən idmançı kadrlar hazırlamaq missiyasını uğurla davam etdirir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Avropa ali təhsil məkanına inteqrasiyası məsələsində bir çox əhəmiyyət kəsb edən problem, perspektivlik və meyillər davam etməkdədir.
Aparılan araşdırmaların təkcə alimlәrә deyil, kiçik elmi işçilərə və hər bir idmançı tələbələrə xitab etməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında istedadlı idmançı tələbələrin onlara üstünlük verməsi üçün rəqabət aparırlar.
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor.