Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Magistrantlarımızın Soçi səfəri çərçivəsində növbəti dərs prosesi baş tutub

Tələbələrimiz Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universiteti) Sivilizasiyanın tarixi kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Melnikova Yuliya tərəfindən tədris edilən “İdmanda davamlı inkişaf” fənninin dinləmələrində iştirak ediblər.

İntensiv formada keçirilən tədris zamanı magistrantlarımız bədən tərbiyəsi və idman haqqında elmin formalaşması, idman və fiziki tərbiyə sahəsində elmi- tədqiqatların müasir problemləri, bədən tərbiyəsi və idmanın davamlı inkişafı kimi müxtəlif mövzularda mühazirələr dinləyib.

#ASAPES #İdmanAkademiyası #Master #MGİMO #İdmanMenecmenti #Lesson

Xəbərlər