Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Rusiyalı professor ADBTİA magistrantlarına “İdman arbitirajı prosesi” mövzusunda təlim keçib

Rusiya Beynəlxalq Olimpiya Universitetinin Elmi işlər üzrə prorektoru, Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin “İnzibati hüquq” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru Nikolay Peşin ADBTİA-nın qonağı olub. O, ADBTİA ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ikili diplom proqramı çərçivəsində tədrisi rus dilində aparılan “İdman menecmenti” magistr proqramının tələbələri üçün “İdman arbitirajı prosesi” mövzüsunda təlimlə çıxış edib.

1985-ci ildə baş tutan Fabyen Blaz - Vesper qarşılaşması kimi idman hadisəsinin ətraflı araşdırıldığı seminar zamanı idman varisliyi məsələlərinin həlli yolları geniş təhlil olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.

#ASAPES #İdmanAkademiyası #Master #SportManagement

Xəbərlər