Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

MGİMO tələbələrinin Bakıda səyyar modulu davam edir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Memorandum çərçivəsində Rusiya nümayəndə heyətinin Bakıya səfəri davam edir.

Mayın 30-da ASAPES-də səyyar modul çərçivəsində rusiyalı tələbələrə beynəlxalq dərəcəli mütəxəssis, “RESULT Sports” şirkətinin baş direktoru Mario Leo tərəfindən “İdman marketinqi” modulu tədris edilib, mövzu çərçivəsində marketinq fəaliyyətini rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirmə prosesi, rəqəmsal marketinqin əsas məqsədi, markanı, məhsulu və ya xidməti internet vasitəsilə tanıtmaq mövzuları dərindən oyrədilib.

Daha sonra modul iştirakçıları Bakı Atıcılıq Mərkəzini ziyarət edərək idmançıların məşq prosesini izləməklə yanaşı, güllə və stend atıcılığı növləri üzrə yarışların təşkili və keçirilməsi reqlamenti, eləcə də Mərkəzin idarəetmə sistemi ilə tanış olublar. Onlara güllə atıcılığı növü üzrə 10, 25, 50 və 300 metr məsafəyə atəş açma növləri üzrə yarışların keçirilməsi qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Modul iştirakçıları güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən “Sius Ascor” markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıqları ilə də tanış olublar. Bundan başqa, qonaqlar Bakı Atıcılıq Mərkəzində peşəkar təlimatçıların nəzarəti altında test atışları da həyata keçiriblər.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər