Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES nümayəndələri Bakı Slavyan Universitetində tələbələrlə görüşüb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Magistratura şöbəsinin müdiri Nərqiz Kosayeva və Akademiya əməkdaşları Bakı Slavyan Universitetinin bakalavr pilləsinin jurnalistika ixtisasının sonuncu tədris ili tələbələri və müəllim heyəti ilə növbəti görüş keçirib. Görüş zamanı BSU-nun rektor müşaviri Elçin Hüseynov tədbir iştirakçılarını salamalayaraq, görüşün məqsədi haqqında məlumat verib.

Görüş zamanı ASAPES-də görülən işlər, tələbə həyatı və Akademiyanın maddi-texniki bazası haqqında iştirakçılara məlumat verilib.

Daha sonra tədrisi ingilis dilində aparılan “İdman jurnalistikasi” magistr ixtisaslaşması haqqında təqdimat nümayiş etdirilib. Təqdimatda proqramın mahiyyətindən, gələcək perspektivlərdən, bu proqram çərçivəsində Akademiyanın xarici təhsil müəssisələri ilə sıx əməkdaşlığından, müasir idman jurnalistikasına yanaşmalardan, eyni zamanda beynəlxalq təcrübəni öyrənmək üçün tələbələrə yaradılan şəraitdən danışılıb.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və proqrama marağı olan namizədlərə məlumat broşürləri paylanılıb.

#ASAPES #İdmanAkademiyası #Master

Xəbərlər