Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Magistrantlarımız Rusiyanın Tələbə Basketbol Assosiasiyasında olublar

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) ilə "İdman menecmenti" ixtisası üzrə ikili diplom magistr proqramının tələbələri Rusiya Tələbə Basketbol Assosiasiyasını ziyarət ediblər.

Ziyarət zamanı magistrantlarımıza Rusiya Federasiyası İdman Nazirliyinin kütləvi idman tədbirlərinin təqvim planı və Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin tədbirlərinin birləşdirilmiş təqvim planından bəhs edilib. Daha sonra tələbələrimiz idman zalları və ləvazimatlar, həmçinin onlardan istifadə təlimatları ilə tanış olublar.

Məlumat üçün bildirək ki, Rusiya Tələbə Basketbol Assosiasiyası 2007-ci ildə yaradılıb. Qurum Rusiyada tələbələr arasında rəsmi yarışların keçirilməsinə cavabdehlik daşıyır. Bu yarışlarda Rusiya Federasiyasının 71 subyektindən 450 universitet və kolleci təmsil edən 800 kişi və qadın basketbol komandası iştirak edir. Mövsüm ərzində TBA-də (АСБ) 5000-ə yaxın qarşılaşma keçirilir, çempionat oyunçularının ümumi sayı isə 10 mindən artıqdır.

Rusiya Tələbə Basketbol Assosiasiyası Avropanın ən böyük universitet idman liqası və dünyada ikinci ən böyük idman liqasıdır.

#ASAPES #İdmanAkademiyası #Master #SportManagement #Sport

Xəbərlər