Təhsildə fasilə vermək istədikdə tələbəyə akademik məzuniyyət verilir. Akademik məzuniyyət aşağıdakı hallarda və müddətdə verilir:
- müddətli hərbi xidmətə çağırıldıqda – xidmət müddətində;
- ailə vəziyyətinə görə – 2 il müddətinədək;
- səhhətinə görə – həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;
- sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətdə;
- müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə – proqramda göstərilən müddətdə;
Qeyd edək ki, akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar.
Daha ətraflı: https://e-qanun.az/framework/37146