Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbə Elmi Cəmiyyəti (TEC)

Azərbaycan İdman Akademiyasının Tələbə Elmi Cəmiyyəti (ASA TEC) tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, onların yaradıcı və analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsi, akademik potensiallarının üzə çıxarılması məqsədilə fəaliyyət göstərən könüllü tələbə təşkilatıdır.

 

TEC-in əsas məqsədi tələbələrdə elmi maraq formalaşdırmaq, onları elmi axtarışlara sövq etmək, tədqiqat yönümlü fəaliyyətlərə cəlb etmək və Azərbaycan İdman Akademiyasının elmi mühitində fəal iştiraklarını təmin etməkdir.

 

ASA TEC-in fəaliyyəti Akademiyanın Elm və innovasiyalar üzrə prorektoru və Elmi-tədqiqat Mərkəzi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Bu qurumlar tələbələrin elmi fəaliyyətinə təşkilati-metodiki dəstək göstərir, onların akademik inkişafını müşayiət edir və Cəmiyyətin işinin davamlılığına zəmanət verir.

 

Tələbə Elmi Cəmiyyəti tərəfindən mütəmadi olaraq elmi seminarlar, tələbə konfransları, tədqiqat layihələri, intellektual müsabiqələr və esse yarışmaları təşkil olunur. Eyni zamanda tələbələrin elmi məqalələrinin hazırlanması, çıxışlarının təşkili və beynəlxalq tədbirlərdə iştirakı üçün mentorluq və metodik dəstək göstərilir.

 

Cəmiyyətin sədri və idarəetməsi tələbələr arasında keçirilən demokratik seçkilər əsasında formalaşır. Hal-hazırda Tələbə Elmi Cəmiyyətinin sədri:

Hüseyn Nəsirov Tahir oğlu

 

E-mail: huseyn.nasirov2023@sport.edu.az

Rəsmi TEC e-mail: tec@sport.edu.az

 

ASA TEC – Azərbaycan İdman Akademiyasında gənc tədqiqatçıların inkişafına açılan elmi bir platformadır.

 

 

Sənədlər: