Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Qazax yay məktəbi

    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə 20-26 Avqust 2023-cü il tarixlərində Qazax Olimpiya İdman Kompleksində “Sağlam həyat vərdişləri” mövzusunda ASAPES Yay Məktəbi təşkil olunmuşdur. ASAPES Yay Məktəbində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından və Azərbaycanın Respublikasının müxtəlif universitetlərindən ümumilikdə 65 nəfər tələbə iştirak edib.

  Yay Məktəbinin iştirakçıları üçün hər gün səhər idmanı və meditasiya təşkil edilib. Yay Məktəbi iştirakçıları Qazax Olimpiya İdman Kompleksində yaradılan şəraitdən istifadə edərək üzgüçülük, fitness, stolüstü tennis və s. kimi idman növlərində özlərini sınayıblar.

    ASAPES Yay Məktəbinin iştirakçılarının intellektual bilik və bacarıqlarının artırılması məqsədilə "Nə? Harada? Nə zaman?" İntellektual oyunu keçirilib.  “İlkin tibbi yardımın əsasları”, "Sağlam həyat üçün fiziki bacarıqlar", "Sağlam qida vərdişləri", "Faydalı sosial bacarıqlar" "Ünsiyyət və təqdimat bacarıqları" “Karyera Planlaması”, “Kibertəhlükəsizlik” mövzularında praktiki təlimlər keçirilib.

   Tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Göyəzən dağına, Damcılı mağarasına, Tarix Diyarşunaslıq Muzeyinə ekskursiyalar təşkil olunub.