Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Kafedra haqqında

Sosial elmlər kafedrası  AİA-nın” Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” fakültəsinin əsas tədris, elmi struktur bölməsidir, bir neçə yaxın fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat işlərini həyata keçirir. Sosial elmlər kafedrası hazırda ali təhsilin bakalavriat səviyyəsində 7 ixtisas üzrə mütəxəssis hazırlığı, ali təhsilin magistratura səviyyəsində isə 3 ixtisas üzrə elmi-pedaqoji kadr hazırlığında iştirak edir.Tədris azərbaycan,rus və ingilis dildə aparılır. Kafedrada 41 nəfər ştatda olan professor-müəllim heyəti; 6 nəfər 0.5 ştat xarici əvəzçilik ilə cəlb olunmuş professor-müəllim heyəti; 10 nəfər mülki-hüquqi müqavilə əsasında cəlb olunmuş professor-müəllim heyəti; 28 nəfər saathesabı qaydada cəlb olunmuş professor-müəllim heyəti, 2nəfər 0,5 ştat elmi məsləhətçi, nəfər mütəxəssis; 1 nəfər böyük laborant; 2 nəfər laborant çalışır. Onlardan : 5 nəfər professor, 15 nəfər dosent, 2 nəfər dosent əvəzi; 38 nəfər baş müəllim; 40 nəfər müəllimdir. Alimlik  dərəcəsinə görə 36 nəfər: 1 nəfər tarix  elmlər doktoru, 1 nəfər fəlsəfə  elmlər doktoru, 2 nəfər hüquq  elmlər dokoru, 4 nəfər psixologiya üzrə fəlsəfə doktoru, 11 nəfər  pedaqogika üzrə fəlsəfə doktoru; 1 nəfər pedaqogika elmlər doktoru; 9 nəfər filologiya üzrə fəlsəfə doktoru; 5 nəfər tarix üzrə fəlsəfə doktoru; 2 nəfər fəlsəfə üzrə fəlsəfə doktoru; 1 nəfər sosiologiya üzrə fəlsəfə doktoru.

 

Sosial elmlər kafedrasının müdiri: Əhmədova Lalə Yaşar qızı

Sosial elmlər kafedrasının nəzdində fəaliyyət göstərən Dillər proqramının direktoru: Adıgözəlova Leyla Xudat qızı

 

Sənədlər: