Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Kafedra haqqında

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi şuranın 12 iyun 2023-cü il tarixli (protokol № 12) İclasının qərarı ilə yaradılıb. Fiziki hazırlıq kafedrası Azərbaycan İdman Akademiyasının Məşqçilik fakültəsinin əsas tədris-elm struktur vahidlərindən biri olub, Ümumi fiziki hazırlıq və Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarında tədris olunan aidiyyatı fənlər üzrə tədris, təhsilin bütün səviyyələri üzrə müəllim, məşqçi, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, ixtisasının artırılması, təhsil alanlar arasında tərbiyə işlərini həyata keçirir. Kafedra Azərbaycan Respublikası Qanunvericiliyinə, Təhsil Qanununa, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin normativ hüquqi aktlarına, təlimat və metodiki göstərişlərinə, qüvvədə olan digər qanunvericilik aktlarına, “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnamə”sinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Nizamnaməsinə, ali təhsil müəssisəsinin professor – müəllim heyətinin vəzifələrə seçilməsi və attestasiyası qaydalarına, eyni zamanda bu Əsasnaməyə uyğun şəkildə formalaşdırılaraq fəaliyyət göstərir. Kafedraya - kafedra müdiri, professorlar, dosentlər, məsləhətçilər, baş müəllim, müəllim və assistentlər, elmi işçilər, doktorantlar, digər kateqoriyadan (Silahlı Qüvvələrdə uzun müddət xidmət etmiş zabit heyəti) olan işçilər daxildirlər.

 

Kafedranın müdiri: Əliyev Etibar Ağaverdi oğlu

 

Sənədlər: