Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Kafedra haqqında

İdmanın təkmübarizlik növləri kafedrası 2016-cı ildə yaradılmışdır. Bakalavriat təhsil səviyyəsində “Məşqçilik” ixtisası və magistratura təhsil səviyyəsində Bədən tərbiyəsi və idman ixtisasının “İdman məşqinin nəzəriyyəsi və metodikası” ixtisaslaşmasından kafedrada boks, ağırlıqqaldırma, sərbəst güləş, Yunan-Roma güləşi, karate, taekvondo, cüdo, sambo idman növləri üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Tədris planlarında nəzərdə tutulmuş mühazirə, seminar, məşğələ dərsləri yüksək elmi-nəzəri və əməli-praktiki səviyyədə aparılır, istehsalat və pedaqoji təcrübələrə rəhbərlik həyata keçirilir. Kafedra əməkdaşları tərəfindən aktual mövzulu elmi-tədqiqat işləri aparılır, müasir tələblərə cavab verən, eləcə də tətbiqi əhəmiyyətə malik proqramlar, metodik vəsait və tövsiyələr, dərs vəsaiti və dərsliklərin hazırlanması həyata keçirilir. İdmanın təkmübarizlik növləri kafedrasında yüksək elmi və idman nailiyyətləri ilə fərqlənən əməkdaşlar, o cümlədən 1 elmlər doktoru, 3 professor, 4 fəlsəfə doktoru, 3 dosent, 20 baş müəllim, 25 müəllim fəaliyyət göstərir ki, onlardan 10-u Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 11-i isə Beynəlxalq dərəcəli hakimdir.

 

Kafedranın müdiri: Əbiyev Qalib Şamil oğlu

 

Sənədlər: